...

Əməkdar artist Ağacəbrayıl Abbasəliyev niyə "Xalq ulduzu-2"nin münsifi olmadı?

Cəmiyyət Materials 8 Aprel 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"ATV"in "Xalq ulduzu-2" yarışmasının münsiflər heyətində dəyişiklər birmənalı qarşılanmır. Sözügedən müsabiqənin birinci buraxılışında kaman ustası, əməkdar artist Ağacəbrayıl Abbasəliyev gənclərə dəyərli məsləhətlər verirdi. Budəfəki yarışmada tamaşaçılar onun yerində tarzən, xalq artisti Möhlət Müslümovu gördülər. Görəsən nə baş verdi? Nə üçün Ağacəbrayıl müəllim münsif kürsüsündən imtina etdi? Suallara TrendLife-da cavab verən sənətkar, burada hansısa qalmaqal motivi axtarmağı lazımsız bildi: "Xalq ulduzu-2" yə getməməyimin iki əsas səbəbi var. Birincisi, bu il fəaliyyət göstərdiyim "Muğam Teatrı"nın yaranmasının 20 yaşı tamam olur. Bununla əlaqədar teatrımızda iki böyük muğam dəstgahı hazırlanır. Mədəniyyət və Turizm nazirliyinin xətti ilə Almaniyada ilboyu "Azərbaycan Mədəniyyəti Günləri" keçiriləcək. "Muğam Teatrı"nın kollektivi də böyük heyətlə həmin Mədəniyyət Günlərində çıxış edəcək. Bu iki səbəbə görə gərgin iş rejimində çalışıram. Yəni vaxt azlığı var".

"Möhlət Müslümovun ampluasını bəyənirsinizmi?" -sualını Abbasəliyev belə cavablandırdı: "Mənim bəyənib-bəyənməməyim əsas deyil. Əsas odur ki, müsabiqədə maraqlı iştirakçılar var. Heç birinə səs göndərməsəm də, həm iştirakçılara, həm də dostlarım olan münsiflərə uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti