...

Toylar Rəşad İlyasovun vaxtını alır

Cəmiyyət Materials 8 Aprel 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ müx. Trend Life Günel Əhmədova/

Vaxtilə toy bazarının qıtlığılından şikayət edən Rəşad İlyasov indii əksinə düşünür. Xatırladaq ki, özünü hər məclisin yaraşığı bilməyən müğənni bu üzdən çıxışlarının azaldığını bildirmişdi. İndii isə toylardan baş aça bilməyən Rəşad İlyasov dondurduğu yaradıcılıq işlərinin buzunu əridə bilmir:

"Bu qənaətə gəlmişəm ki, bir müddət toy biznesinə fasilə verim. Yoxsa layihələrim kağız üzərində qalacaq. Çoxdan bəri lentə yazdırmaq istədiyim mahnılarım var. Layihəyə başlanğıc olaraq bunu həyata keçirəcəyəm. Daha sonra növbədə klip çəkilişi olacaq". Mahnılar arasında Gövhər Həsənzadə və Sevda Məmmədlinin bəstələrini uğurlu hesab edən müğənni, onlardan birinə ekran həyatı da verəcək.

Klassikaya qayıdış İlyasovun da qanına işləyib. Müğənni bu qənaətə gəlib ki, tezliklə silsilə klassik mahnılar lentə yazdırsın və repertuarının çəkinisini artırsın".

Bəzi həmkarlarından fərqli olaraq, maddi sıxıntılarının olmadığını söyləyən İlyasov əsl probleminin nədən ibarət olduğunu açıqladı:

"Məni incidən bəzi bəstəkarların qeyri-peşəkarlığıdır. Yaxşı bəstə almaq üçün çox axtarıram, amma 10 mahnıdan 2-si xoşuma gəlir, ya yox. Müğənni Eldar Mansurovun, Gövhər Həsənzadənin, Aygün Səmədzadənin mahnıları ruhuma daha yaxındır."

Xəbər lenti

Xəbər lenti