...

ATƏT nümayəndəsi Azərbaycan mediasını "Azadlıq" qəzetinin jurnalistinə qarşı kampaniyanı dayandırmağa çağırır

Cəmiyyət Materials 9 Aprel 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ " müxbir K.Ramazanova/ Mətbuat azadlığı üzrə ATƏT nümayəndəsi Mikloş Haraşti Azərbaycan mediasını "Azadlıq" müxalifət qəzetinin jurnalisti Aqil Xəlilə qarşı kampaniyanı dayandırmağa çağırır.

"Bu kampaniya Azərbaycan mediasına utanc gətirən hərəkətdir", - o, çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.

Martın 13-də axşam "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlil küçədə bıçaqla yaralanıb. Azərbaycan prokurorluğu jurnalistin "Xəlilin intim münasibətdə olduğu" Sergey Strekalin adlı şəxs tərəfindən qısqanclıq zəmnində yaralanması haqqında məlumat yayıb.

Haraştinin rəyinə görə, Azərbaycan teleşirkətləri birtərəfli süjetlər göstəriblər və bu, "jurnalist etikasına uyğun deyil"

"Belə hərəkətlər qanunun aliliyinin mövcud olduğu ölkələrdə baş verməməlidir", - Haraşti bildirib.

Müə

Xəbər lenti

Xəbər lenti