...

Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı yaydığı məlumatın doğruluğunu məhkəmədə sübut edəcək -Prezident Aparatının rəsmisi

Cəmiyyət Materials 10 Aprel 2008 13:09 (UTC +04:00)
Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı yaydığı məlumatın doğruluğunu məhkəmədə sübut edəcək -Prezident Aparatının rəsmisi

Azərbaycan, Bakı, 10 aprel/ Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın Respublika Prokurorluğu "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin baçıqlanması faktı ilə bağlı yaydığı məlumatı məhkəmədə sübut edəcək. "Respublika Prokurorluğunun yaydığı məlumat həqiqətdir və həmin məlumatların real prosesləri əks etdirdiyinə cabavdehdir. Respublika Prokurorluğu yaydığı məlumatın həqiqət olduğunu məhkəmədə sübut etməyə hazırdır", - deyə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

Martın 13-də axşam "Azadlıq" qəzetinin jurnalisti Xəlil küçədə bıçaqla yaralanıb. Azərbaycan prokurorluğu jurnalistin "intim münasibətdə olduğu" Sergey Strekalin adlı şəxs tərəfindən qısqanclıq zəmnində yaralanması haqqında məlumat yayıb. Prokurorluqda fakt üzrə istintaq araşdırmaları davam edir.

Mətbuat azadlığı üzrə ATƏT nümayəndəsi Mikloş Haraşti Azərbaycan mediasını "Azadlıq" müxalifət qəzetinin jurnalisti Xəlilə qarşı kampaniyanı dayandırmağa çağırır. "Bu kampaniya Azərbaycan mediasına utanc gətirən hərəkətdir", - o, çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.

Prezident Aparatının rəsmisi hesab edir ki, bəzi qüvvələr Respublika Prokurorluğunun açıqladığı məlumatı əsassız olaraq dəyərləndirirlər.

"Təəssüflər olsun ki, bu məsələ ətrafında Azərbaycan mətbuatında çox çirkin kampaniya aparılır. O da təəssüf doğurur ki, bu kampaniyaya Azərbaycanın bəzi mətbuat orqanları, o cümlədən bəzi beynəlxalq media təşkilatları nümayəndələrini də cəlb edirlər", - deyə Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti