...

Məhəbbət Kazımov "Xalq ulduzu" Eldənizi niyə qınadı ?

Cəmiyyət Materials 11 Aprel 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel/müx. TrendLife Türkan İmaməlieva/

Məhəbbət Kazımovla "Xalq ulduzu"nun qalibi Eldəniz arasında anlaşılmazlıq, soyuqluq yarandı. Belə ki, "Xalq parad" verilişinin qonağı olan Eldəniz barədə bir çox sənətçilər fikir bildirdilər, suallarını və iradlarını çatdırdılar. Fikir sahibləri arasında Məhəbbət Kazımovun Eldəniz barədə dedikləri Eldənizi şoka saldı. Kazımovun barəsində dediklərini eşidəndə Eldəniz təəccübünü gizlədə bilmədi. Yeri gəlmişkən qeyd edək ki, Kazımovun fikirləri ilk baxışdan adi görünsə də, əslində, dedikləri ciddi ittiham kimi də qəbul oluna bilər. Belə ki, Kazımov Eldənizi lovğalıqda, mənəm-mənəm deməkdə, özündən böyüklərin qarşısında böyük-kiçikliyi nəzərə almamaqda suçladı. Hətta bu fikirlərini əsaslandırmaq üçün bu yaxınlarda Rusiyada bir toy məclisində iştirak etdiklərini və məhz orada Eldənizin bu qüsurlarının şahidi olduğunu da dolayısı ilə çatdırmağa çalışdı. Eldəniz də bu sözləri eşidəndə çaşqın vəziyyətə düşdü. Söz tapmayan gənc ifaçı əvvəlcə Kazımovun nədən bu fikirdə olmasını anlamadığını bildirsə də, ani çaşqınlıqdan sonra özünü toplayıb, iradların haqsız olduğunu dönə-dönə vurğuladı. Gənc sənətçi həmin toy məclisində Məhəbbət Kazımovla birgə iştirak etdiyini təsdiqləsə də, orada nə Məhəbbət Kazımova, nə də mərasimdəki digər sənətçilərə qarşı hörmətsizlik etmədiyini xatırlatdı. Birmənalı şəkildə həm onu dinləyənlərə, həm də Məhəbbət Kazımova bildirdi ki, o, təbiətən öyünməyi, mənəm-mənəm deməyi sevməyən insandır: "Məni tanıyanlara, məni sevənlərə məlumdur ki, mən özümdən böyüklərə qarşı heç vaxt hörmətsizlik etmirəm, buna tərbiyəm yol vermir. Xaraktercə də öyünməyə meylli insan deyiləm. İştirak etdiyimiz toy mərasimində də mən heç bir sənətçiyə, xüsusilə Məhəbbət Kazımova qarşı hörmətsizlik etməmişəm. Toy boyu mikrofon mənə çatanda da hər dəfə ilk öncə ona müraciət edib ,üzrxahlıq etmişəm ki, sizin kimi sənətkarların yanında oxuyuram. Mərasimdən sonra da hörmətimi bildirib ayrılmışam. Məhəbbət Kazımovun nədən belə fikirlər söylədiyini anlaya bilmirəm". Sözün düzü, Məhəbbət Kazımovun Eldəniz barədə nədən bu qədər kəskin mövqe tutması bizdə də maraq doğurdu. Bu gün səhnədə olan bir çox gənc sənətçilərdən fərqli olaraq, Eldəniz tərbiyəsi, səhnə mədəniyyəti və böyük-kiçik yeri bilməsilə medianın da hörmətini qazana bilib. Eldənizin qeyri-etik hərəkətinin, özünü ulduz kimi aparmasının şahidi olmamışıq. Gənc sənətçi iştirak etdiyi mərasimlərdə kübarlığı ilə seçilib. Odur ki, Məhəbbət Kazımovun bu fikirləri bizə də qaranlıq qaldı və sual doğurdu ki, görən Məhəbbət Kazımov Eldənizin səsini qısqanmır ki? Ya gənc sənətçi ilə eyni mərasimdə olduğundan narahat olub, qorxur ki, birdən gənc sənətçinin ifası onu kölgədə qoyar. Əgər bu qısqanclıq deyilsə, Məhəbbət Kazımov nədən Eldənizi lovğalıqda ittiham etdi?

Xəbər lenti

Xəbər lenti