...

Arıqlamaq istəyən müğənnilərə dəyərli məsləhətim var- müğənni Mətanət Əsədova

Cəmiyyət Materials 17 Aprel 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /müx. TrendLife Safura/

"Reklamdan və kameradan həmişə qaçmışam, bundan sonra başqa çür olacaq" deyən müğənni Mətanət Əsədovadan maraqlı xəbərlərimiz var.

Mətanət Əsədova son zamanlar öz reklamı ilə yaman məşğul olmağa başlayıb. Müxtəlif telekanallarda və tədbirlərdə tez-tez görünən müğənni çoxları tərəfindən sevildiyini, lakin hazırda özünün heç kimi sevmədiyini bildirdi. Məhəbbətə inanmayan Mətanət xanım heç kimi sevməyəcəyinə söz verib. Bu haqqda TrendLife müxbirinə məlumat verən müğənni sevgi qurbanı olmaq istəmədiyini açıqladı:

"Onsuz da günü-gündən arıqlayıram. Hamı elə bilir ki, mən dieta saxlayıram, hətta plastik əməliyyat keçirməyim barədə kənardan söz-söhbətlər də eşidirəm. İnanın, arıqlamamın və gözəl qalmamın səbəbi əsəbdir. Müğənnilərdən kim arıqlamaq istəyirsə, ona yaxşı əsəb dietası məsləhət görə bilərəm. Bir də ki, sevməkdən qorxuram. Sevəndə insan saralıb solur. Mən eşqə düşsəm, lap əriyib çöpə dönərəm"

İncə bədən quruluşlu müğənni Mətanət Əsədova yeni planları barədə də məlumat verdi. Yaxınlarda tamaşaçılar Mətanət xanımın ifasında yeni-yeni muğamlar, əsrarəngiz mahnılar dinləyə biləcəklər. Tamaşaçılarda marq doğuracaq yeni kliplərin çəkiləcəyini də deyən Mətanət xanım çox böyük sürət götürüb.

Xəbər lenti

Xəbər lenti