...

Azərbaycanın "Olimpik" klubunun baş məşqçisi komandasının anti-futbol oynamasına dair ittihamları rədd edir

Cəmiyyət Materials 17 Aprel 2008 15:50 (UTC +04:00)
Azərbaycanın  "Olimpik" klubunun baş məşqçisi komandasının anti-futbol oynamasına dair ittihamları rədd edir

Azərbaycan, Bakı, 17 aprel / " , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında lider olan "Olimpik" klubunun baş məşqçisi komandasını anti-futbol oynamaqda ittiham edənlərin fikirlərini rədd edir. "Olimpik"in oyun üslubu Avropa futboluna yaxındır. Biz kollektiv futbol oynayırıq", cümə axşamı Trend a Bakının "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayev bildirib.

"Olimpik" komandası hazırda futbol üzrə ölkə çempionatında liderlik edir və çempion olmağa yaxındır. Bakı klubu Premyer-Liqada keçirdiyi oyunlarda qapısından cəmi 3 top buraxıb.

Abdullayevin dediyinə görə, "Olimpik" hazırda ən yaxın izləyicisi olan "Neftçi" klubundan 4 xal irəlidə olsa da, çempionluq uğrunda mübarizə hələ bitməyib: "Məqsədimiz çempion olmaqdır. Hələ qarşıda bir neçə çətin oyunumuz var. Arxayınlaşmaq olmaz. Qarşıda keçirəcəyimiz bütün oyunlara üç xal üçün çıxmalıyıq", "Olimpik" komandasının baş məşqçisi əlavə edib.

Abdullayev "Olimpik" klubunun Makedoniyadan olan legioner futbolçusu İlami Haliminin Premyer-Liqanın oyunlarında meydana çıxmamasının səbəbini futbolçunun hələ komandaya uyğunlaşa bilməməsiylə izah edib.

Halimi əvvəllər Makedoniya milli komandasının da formasını geyib. Legioner futbolçu "Olimpik" klubuna bu ilin qışında transfer olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti