...

Bizi Mədinə xanımdan heç kim ayıra bilməz – "Kristal" qrupunun üzvləri

Cəmiyyət Materials 23 Aprel 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Tədbirlərin birinə "Kristal" qrupunun üç qız üzvünün qrup rəhbəri Mədinə xanımsız gəlmələri diqqətimizdən yayınmadı. Bunun səbəbini öyrənmək üçün qızlara müraciət etdik. Verdikləri cavablar elə gözlədiyimiz kimi oldu:

Lalə: - Mədinə xanım səhhətindəki nasazlıq üzündən evdə yatır. Amma xəstələyi ən çox bizə mənfi təsir göstərir. Çünki yanımızda olmaması, bizi qəribçiliyə salıb. Arzu edirik ki, tezliklə sağalıb, yanımıza qayıtsın.

Həmidə: - Mədinə xanım qrup rəhbərindən çox, üçümüzə də ana qayğısı göstərir. Bizimlə bir yerdə olmaması, pərəstişkarlarımızı da narahat edir. Tez-tez soruşurlar ki, nəyə görə məclislərə onsuz gəlirik. Biləndə ki, səhhətində problemlər var, bizə qoşulub, ona Allahdan şəfa diləyirlər.

Aysel: - Təxminən iki il bundan əvvəl də oxşar hadisə baş vermişdi. Mədinə xanım bir müddət evdə oturmuşdu. İnanın həmin ərəfədə "Kristal" sözün həqiqi mənasında batmışdı. Ona görə mən qrupumuzun "dirək ağacı"na Allahdan can sağlığı arzulayıram. Qoy bədxahlarımız sevinməsinlər. Bizi Mədinə xanımdan heç kim ayıra bilməz.

Xəbər lenti

Xəbər lenti