...

2000-ci il Olimpiya çempionu Zemfira Meftahətdinova vald-kart alıb

Cəmiyyət Materials 24 Aprel 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend müxbir Z.Səfərov/ Olimpiya çempionu Zemfira Meftahətdinova Pekində keçiriləcək Oyunlarda iştirak etmək hüququ qazanıb.

Bu, stend atıcılğı üzrə ustanın Beynəxalq Federasiyadan xüsusi vald-kart almasının sayəsində baş verib. Bu, Zemfiranın öz gücü ilə Olimpiadaya vəsiqə qazana bilməyən snayperlər arasında ən yüksək reytinqə malik olması ilə bağlıdır. Meftahətdinova vald-kart almasına görə, ikinci dəfə Oyunlara yola düşə biləcək. 2000-ci ildə o qızıl medal qazanmışdı.

Eyni zamanda Pekinə vəsiqə əldə edə bilməyən Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova vald-kart qazanmaq üçün sonuncu imknalarını itirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti