...

Azərbaycanda yeni regional telekanallar açılacaq

Cəmiyyət Materials 25 Aprel 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda yeni regional telekanallar açılacaq. "Şamaxıda, Şirvanda, Aran zonasında, Neftçalada, Cəlilabadda, Qarabağ bölgəsində yerli telekanallar yoxdur. Odur ki, biz həmin bölgələrdə yerli telekanalları açmağı düşünürük", bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Bu gün Azərbaycanda 11 regional telekanal fəaliyyət göstərir.

Məhərrəmli vurğulayıb ki, ölkə ərazisində yayımlanacaq kanalın açılması gündəlikdə durmur.

"Azərbaycanda yeddi belə telekanal fəaliyyət göstərir. Mən hesab edirəm ki, bu, Azərbaycan üçün böyük rəqəmdir", deyə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, hazırda daha çox sahə xarakterli, regional kanalların açılması aktualdır. "Gələcəkdə daha çox regionlarda telekanalların açılmasına çalışacağıq. Çünki Azərbaycanın bir sıra regionlarında yerli telekanallar yoxdur" - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti