...

Milli Teleradio Şurası radiostansiyalara bir ay vaxt verdi

Cəmiyyət Materials 25 Aprel 2008 18:35 (UTC +04:00)
Milli Teleradio Şurası radiostansiyalara bir ay vaxt verdi

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir S.İlhamqızı/ Milli Teleradio Şurası üç radiostansiyaya yol verdiyi qanun pozuntularına görə tövsiyələrini bildirib. Bu barədə Trend ə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Şuranın cümə günü keçirilən iclasında "ANS CM" (102 FM), "Azad Azərbaycan" (106.3) və "Spase" (104.4) radiolarının monitorinqi barədə müzakirələr aparılıb. İclasda bu radiostansiyaların rəhbərləri də iştirak edib.

Məhərrəmlinin sözlərinə görə, bu üç radio dalğasında aparıcıların davranışları, xoşagəlməz ifadələr işlətməsi barədə tənqidlər, həmçinin reklam haqqında qanunun tələblərinin pozulduğu radio rəhbərlərinin diqqətinə çatdırılıb.

"Biz xoş məram nümayiş etdirərək bu iclasda radiolara rəsmi xəbərdarlıq etmədik və ya cəza tədbiri görmədik. Sadəcə onlara öz tənqidlərimizi və yol verdikləri nöqsanları aradan qaldırmaları üçün tövsiyələrimizi verdik. Problemlərin aradan qaldırılması üçün bir ay da vaxt verdik"-deyə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, əgər radiostansiyalar yaxın bir ay ərzində göstərilən nöqsanları aradan qaldırmasalar, Teleradio Şurası artıq müvafiq cəzə tədbirləri görəcək. Cəza tədbirlərinə yol verən pozuntulardan asılı olaraq, əvvəlcə rəsmi xəbərdarlıq məktubu, sonra cərimələr, daha sonra məhkəmə yolu ilə lisenziyanın alınması daxildir.

Məhərrəmlinin sözlərinə görə, bugünkü iclasda həmçinin Gəncədə fəaliyyət göstərən "Kəpəz TV"yə rəsmi xəbərdarlıq edilməsi barədə qərar çıxarılıb. Şuranın rəyinə görə, "Kəpəz TV" "Reklam haqqında" qanunun tələblərini pozub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti