...

İlhamə xanımla birgə "Ave Maria"nı ifa edəcəyik-opera müğənnisi Ülvi Qılınc

Cəmiyyət Materials 29 Aprel 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Türk sənət musiqisinin ən sevilən mahnılarından olan "Ararım"ı xalq artisti İlhamə Quliyeva ilə duet oxuyan opera müğənnisi Ülvi Qılınc, yenidən sözügedən sənətkarla işbirliyi qurmağa hazırlaşır. TrendLife-a açıqlama verən müğənninin sözlərini dinlədikdən sonra, bu qənaətə gəldik: "Bilirsiz ki, gözəl primadonnamız hər yerdə məni özünün layiqli tələbəsi kimi qələmə verir. Bu təqdimat insanın çiyinlərinə çox böyük məsuliyyət qoyur. Sevinirəm ki, İlhamə xanımın etimadını qısa müddətdə qazanmağa müvəffəq olmuşam. İşbirliyimizi davam etdirməyə çalışırıq. Bu dəfə İohan Baxın "Ave Maria" əsərini duet oxuyacağıq. Məlum səbəblər üzündən, bu istəyimizi həyata keçirmək bir az gecikir. İnşallah İlhamə xanım hüzürdən çıxandan sonra studiyada mahnımızı lentə yazdırarıq".

Xəbər lenti

Xəbər lenti