...

Müğənni Xumar çox şeyi gizlədir

Cəmiyyət Materials 1 May 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. TrendLife Türkan İmaməliyeva/

Müğənni Xumar Qədimova böyük bir layihə üzərində çalışır. Bundan əlavə o, həm yeni bəstələrini lentə aldırır. Heç kimə sirr deyil ki, Xumar Qədimova mahnıları seçərkən musiqiyə önəm verdiyi kimi, mahnının sözlərinə qarşı da xüsusi diqqətlə yanaşır. Elə bu səbəbdəndir ki, sənətçinin ifasında səslənən musiqilərin demək olar ki, hər birisi hitə çevrilir. Sənətçi ilə bu dəfəki söhbət ə onun yeni layihəsi barədə oldu. Müğənni layihə hazır olmadan ağızdolusu danışmağı sevmədiyini bildirdi. Onun sözlərinə görə, sənətçi ilk növbədə sənətinə qarşı tələbkar və məsuliyyətli olmalıdır: "Mən sənətimə və özümə qarşı tələbkar insanam. O üzdən də layihə hazır olmadan öyünməyi sevmirəm. İnşaallah layihəni təqdim etdikdən sonra fikirlər səslənər, bax onda danışmağa dəyər."

Müğənni söhbət zamanı onu da xatırlatdı ki, yaxın zamanlarda yeni mahnılarından birinə klip çəkdirəcək. Rejissor seçiminə gəlincə isə hələki Xumar Qədimova bunu da sirr saxlamağa üstünlük verdi.

Xəbər lenti

Xəbər lenti