...

Müğənni Bilal Əliyev şou-biznesi bəyənmir

Cəmiyyət Materials 1 May 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. TrendLife Günel Əhmədova/

Bu ayın ortaları bölgələrə təqdim olunacaq konsert proqramlarında Bilal Əliyev də iştirak edəcək. Müğənninin TrendLife-a bildirdiyinə görə, musiqili proqram solisti olduğu Mahnı Teatrının kollektivinin təqdimatında hazırlanır. Eyni zamanda Bilal Əliyev hesabat konserti ilə çıxış etməyi də düşünür. Müğənninin əlavəsinə görə, məkan seçimi onun bu planı hələ bir müddət sonra reallaşdırmasına imkan verir:

"Söhbət Heydər Əliyevin adını daşıyan saraydan gedir. Təmir işləri davam edən musiqili məkanın açılışını gözləyirəm. Rəhbərliyə müraciət edib orada çıxış etmək üçün vaxt alacam. İstəyirəm tamaşaçılarımı möhtəşəm sarayda qarşılayım".

Çıxışları ilə şou-biznes anlamına müxtəlif don geyindirən Bilal Əliyev, hələ də bu deyilmə və onun tələbatları ilə razılaşmadığını söylədi:

"Kişi kimi sözümsün üstündə durur və deyirəm ki, mən şou-biznesi bəyənmirəm və özümü bu mühitdə görmürəm. Bu gün var ciddi sənət və bir də şou-biznes. İkinciyə xidmət göstərənlər heç vaxt sənətkar ola bilməzlər. Onların əksəriyyəti səssiz müğənnilərdirlər. Pul qazanmaca və məşhur olmağa gəliblər. Hərdən məni də mühitə yaxınlaşdırmağa çalışırlar. Amma kimlərəsə bu imkanı verib, mövzuya çevrilmək istəmirəm. Mənim öz sənət yolum var və heç vaxt cığırımdan çıxmağı düşünmürəm".

Xəbər lenti

Xəbər lenti