Azərbaycan, Bakı, 6 may /müx.TrendLife Şahin Cavadsoy/
Repertuarına daxil olan "Qara nöqtə" mahnısı ilə populyarlığını daha da artıran müğənni Xatun, sözügedən musiqinin müəllifi Azər Nəsibovla işbirliyini bundan sonra da davam etdirmək niyyətindədir: "İlk əvvəl onu demək istəyirəm ki, Azər Nəsibovun bütün mahnılarını pulsuz oxuyuram. Bəlkə də bu, aramızdakı münasibətlərin bacı-qardaş müstəvisində olmasından qaynaqlanır. Azərin özünün də çox gözəl səsi var. Ola bilsin ki, yaxın günlərdə onunla birgə duet də oxuduq. İndi pərəstişkarlarıma verəcəyim xəbər yeni bir mahnı haqqındadır. Adını hələlik sirr saxladığımız mahnı artıq studiyada lentə alınıb. İnanın Azərin bu bəstəsi də ortaya çıxanda, şou-meydanında əsl bomba partlayacaq. Anons edim ki, partlayışın olacağı gün elə də uzaqda deyil".