"Beynəlxalq təşkilatların bu bəyanatları faktlara əsaslanmır", - deyə çərşənbə günü Bakıda Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.
Mayın 3-də - Beynəlxalq mətbuat azadlığı günündə, Avropanın beynəlxalq təşkilatları, həmçinin ABŞ prezidenti Corc Buş söz azadlığı ilə bağlı Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirib.
Azərbaycanda üç jurnalist həbsdədir.
Mehdiyev qeyd edib ki, "Azərbaycan mətbuat azadlığı ilə bağlı məsələdə Avropa ölkələrindən geri qalmır". Onun sözlərinə görə, ATƏT-in İngiltərədən olan nümayəndəsi Mayk Hankok Azərbaycanda olarkən bildirib ki, İngiltərə Parlamentinin qanunvericiliyinə etdiyi dəyişikliyə görə, insanlar heç bir səbəb göstərilmədən 90 gün həbsdə saxlanıla bilərlər. "Təəccüb doğurur ki, bir çox beynəlxalq təşkilatların üzvü olan İngiltərə insanları heç bir səbəb göstərmədən uzun müddət həbsdə saxlayır", Mehdiyev əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend