Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının C qrupunda mübarizə aparacaq Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Bu barədə çərşənbə günü Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.
Yığma komanda oyunlarını İspaniyanın Benidorm şəhərində keçirəcək. Azərbaycanın çimərlik üzrə futbolçuları mayın 11-də İtaliya, 12-də Norveç, 13-də isə Yunanıstan komandaları ilə qarşılaşacaq.
Mayın 9-da İspaniyaya yola düşəcək yığma komandanın heyətində 12 futbolçu yer alacaq. Komandada Abuzər İbrahimov kimi böyük futbol, Rizvan Fərzəliyev kimi futzal təcrübəsi olan idmançılar var.
Çimərlik futbolu üzrə yığma komandanın baş məşqçisi braziliyalı Qustavo Enrike Silvadır. O, komandanın baş məşqçi vəzifəsinə bir neçə gün əvvəl təyinat alıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]