Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun formasını geydiyi Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Bülənt Uyğun tezliklə "Trabzonspor"a keçə bilər. Bu barədə çərşənbə günü "Trabzonspor" klubunun rəhbərliyinə istinadən, Türkiyə mətbuatı xəbər yayıb.
"Sivasspor" hazırda 70 xalla Türkiyə Superliqasında 70 xalla 3-cü yerdədir. Komandanın çempion olmağa şansı qalmasa da, UEFA kubokuna vəsiqə qazana bilər.
Qurbanov "Sivasspor" klubuna ötən ilin yayında transfer olunub. O ,Türkiyəyə gedənədək "Xəzər-Lənkəran"da çıxış edib.
Azərbaycanlı futbolçu "Sivasspor"un əsas heyətində təsadüfi hallarda yer alır. Qurbanov Sivas klubunun heyətində daha çox "Beşiktaş"la oyunda qol vurması ilə yadda qalıb.
Qurbanovdan əvvəl Türkiyə Superliqasında "Kayserispor"un heyətində Rəşad Sadıqov çıxış edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]