...

Uşaqlığım Şuşada keçib-xalq artisti Ramiz Quliyev

Cəmiyyət Materials 8 May 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx. TrendLife Safura/

Bu gün xalqımız ürəkağrısı ilə Şuşanın işğlını xatırlayır. Əgər mədəniyyət və incəsənət xadimlərinin tərcümeyi halına nəzər salasaq görərik ki, onların bir çoxu Şuşadandır. Xalq artisti Ramiz Quliyev da doğma vətəni haqda xatirələrini TrendLife-la bölüşüb.

"Bu torpaq çox istedadlar yetişdirib. Uşaqlığım elə Şuşada keçib. Bu günü çox ürəkağrısı ilə xatırlayıram. Çünki Şuşanı heç nə əvəz edə bilməz. Biz Rəşid Behbudovla bir çox xarici səfərlərdə olmuşuq. Amma hər zaman səfərdən qayıtdıqdan sonra Rəşid müəllim mənə "Şuşanı heç nə əvəz etməz" deyərdi. Axı, o, da Şuşadan idi. Mən yenə də inanrıam ki, nə zamansa Şuşanın dalanlarından keçmək mənə bir daha nəsib olacaq. Mən bu ümüdlə yaşayıram".

Xəbər lenti

Xəbər lenti