...

Londonda Heydər Əliyevin 85 illiy yubiliyi qeyd olundu

Cəmiyyət Materials 9 May 2008 02:08 (UTC +04:00)

Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova/ Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiiyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə lordlar, Nümayəndələr Palatasının üzvləri, Xarici işlər nazirliyinin əməkdaşları, Londonda akkreditə olunmuş ölkələrin səfirləri, diplomatik korpusun nümayəndələri və diasporanın üzvləri iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə səfir F.Qurbanov çıxış etmiş və Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətləri haqqında iştirakçılara məlumat vermişdir. Bununla yanaşı, F.Qurbanov Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz və müstəsna xidmətlərinin Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacağını vurğulamışdır. Səfir Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin uğurla davam etdirildiyini və bunun nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndiyini diqqətə çatdırmışdır.

Daha sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, bunun ardınca isə "Görkəmli Şəxsiyyətlərin Həyatı" silsiləsindən hazırlanmış kitab iştirakçılara təqdim olunmuşdr.

Tədbirin rəsmi hissəsinin sonunda Türkiyənin Böyük Britaniyadakı səfiri M.Yiğit Alpoğan, Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Rocer Tomas və professor Tamara Draqadze çıxış edərək Heydər Əliyevlə keçirdikləri görüşlərlə bağlı xoş təəssürat və xatirələrini qonaqların diqqətinə çatdırmışlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti