Günel Əhmədova
Əməkdar artist Nisə Qasımova gərgin iş qrafikində çalışır. Onun TrendLife-a bildirdiyinə görə, mayın sonlarında gözlənilən "Danqadaranq" albomunu dinləyicilərə təqdim etməyə hazırlaşan müğənni bu günlərdə yeni xeyriyyə layihələrinə başlayacaq . Biri birinin ardınca həyata keçiriləcək silsilə aksiyalardan ibarət olan " əlimi tut, səninləyəm " layihəsinə may ayının 12-si paytaxtın əyləncə məkanlarının birində start veriləcək. Layihə çərçivəsində 3 il müddətində kimsəsiz və əlil uşaqlarla bağlı silsilə aksiyaların keçirilməsi onların müalicə və ehtiyaclarının təmin edilməsi nəzərdə tutulmuşdur. Layihənin icraçısı "Birliyə doğru" humanitar təşkilatı, maliyyyəçisi isə xaricdə yaşayan həmvətənlərimizdəndir.
"Çoxdan belə bir xeyriyyə işləri ilə məşğul oluram. Amma bunu heç vaxt gündəmə gətirməmişəm. Bu dəfə isə işi bir layihə formatında hazırlayıb icra edəcəyik. Belə bir layihənin baş tutmasına görə çox sevinirəm və bunun üçün də layihənin sponsoru Rusiyada yaşayan həmvətənimiz iş adamı Nazim Gülümova çox minnətdaram",- söləyən Nisə xanım yaxın gələcəkdə məhz ehtiyacı olan insanlara yardım etmək niyyəti ilə imkanlı dostlaının məhz Nisə xanımım adını daşıyacaq fondu açacağını söylədi. Yaxın zamanlarada fəaliyyətə başlayacaq Nisə Qasımova adına fond nəinki kimsəsizlərlə bağlı eləcə də gənc istedadlıarın yetişdirilməsi və onlara yardım edilməsi ilə bağlı layihələri maliyyələşdirəcək.