Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer Liqasıını üzvü "Olimpik" klubu Yevlaxın "Karvan" komandası ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
"Komandamızın bəzi futbolçularını cəzalandıracağıq; onlar oyunun ikincı hissəsində öz səviyyələrindən qat-qat aşağı çıxış ediblər", - bazar ertəsi Trend -a "Karvan" klubunun baş məşqcisi Yunis Hüseynov deyib.
"Olimpik"ə qələbə gətirən qolları Fabyo Luis Ramim və Samir Musayev vurublar.
"Olimpik" "Karvan" üzərində qələbə qazanmaqla, xallarını 57-yə çatdırıb. İkinci yerdə 52 xalla "İnter" komandasıdır.
Azərbaycan Premyer Liqasının başa çatmasına 2 tur qalır. Lider "Olimpik" qarşıdakı turlarda "Xəzər-Lənkəran" və "Qarabağ"la oynayacaq.