...

Azərbaycanda avarçəkmə üzrə çempionatın qalibləri müəyyənləşib

Cəmiyyət Materials 13 May 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın avarçəkmə idmanı üzrə çempionatının qalibləri məlum olub. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Avarçəkmə Federasiyasının (AAF) mətbuat xidməti məlumat verib.

Mingəçevir şəhərindəki "Kür" təlim-tədris mərkəzində təşkil olunan birincilik 150-yə yaxın idmançı arasında 18 və 23 yaşadək yaş qruplarında keçirilib. Yarış iştirakçıları akademik avarçəkmə, kayak və kanoe növlərində mübarizə aparıblar.

Akademik qayıqlarda avarçəkənlər 2000 metr məsafədə yarışıblar. Fərdi mübarizədə 18 yaşlılardan Cavid Əfəndiyev, 23 yaşlılardan isə Dostməmməd Dostməmmədov birinci yeri tutub.

Kayak növü üzrə mübarizədə 18 yaşlılardan Rüfət Vəlizadə ilə Orxan Mahmudlu fərqlənib. 23 yaşlı avarçəkənlər arasında isə Fikrət Zeynalov hamıdan güclü olub.

Kanoe növü üzrə mübarizədə 18 yaşlılardan Qabil İsmayılzadə ilk yeri tutub. 23 yaşlılardan Samir Həmidov, Aleksandr Kasatkin və Valentin Demyanenko müfakatçılar sırasında yer alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti