...

Azərbaycanın ən titullu klublarından birinin stadionla bağlı problemi yaranıb

Cəmiyyət Materials 13 May 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubunun ev oyunlarını keçirdiyi stadion növbəti mövsümə hazır deyil. "Stadionda təmir-bərpa işləri aparılmalıdır. Xüsusi ilə də qazonun vəziyyəti qənaətbəxş deyil", çərşənbə axşamı Trend a "Kəpəz" klubunun vitse-prezidenti Mehman Allahverdiyev deyib.

"Kəpəz" klubu 2006-cı ildən etibarən maliyyə problemləri üzündən Azərbaycan çempionatında çıxışını dayandırıb. Komandanın yenidən fəaliyyətini bərpa etməsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev sponsor tapıb.

Klubun vitse-prezidenti bildirib ki, yeni sponsorun kimliyi haqqında hələ də dəqiq məlumatı yoxdur. "Bizə deyiblər ki, çempionatda mübarizənin başa çatmasını gözləyin. Premyer-Liqada oyunlar başa çatandan sonra "Kəpəz"in sponsorunun adına da aydınlıq gələcək. Çox güman "Kəpəz" yeni mövsümdən Premyer-Liqada yox, birinci divizionda mübarizə aparacaq" - deyə Allahverdiyev əlavə edib.

Gəncənin "Kəpəz" klubu Azərbaycanın ən titullu klublarından biridir. Bu komanda 3 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb.

Allahverdiyev "Kəpəz"in qazandığı bütün uğurlarda baş məşqçi kimi iştirak edib. O, komanda çempionatda mübarizəsini dayandırdığı dövrdə vitse-prezident kimi çalışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti