Azərbaycan, Bakı, 14 may /müx.TrendLife Şahin Cavadsoy/
Azərbaycanı ilk dəfə "Evrovison" Samir Cavadzadə və Elnur Hüseynov cütlüyü təmsil edəcək. Bu barədə TrendLife-ı "Şeron qrupu"nun üzvü Ülvi Cəfərov məlumatlandırdı: "Çox sevindirici haldır ki, vətənimiz nəhayət ki, bu mahnı müsabiqəsində iştirak etmək hüququ əldə etdi. Bilənlər-bilir ki, "Evrovision-2008"də iştirak edən müğənnilərdən biri - Samir Cavadzadə vaxtilə "Şeron"un üzvü olub. Onun uğurlarına bizdən çox sevinən ola bilməz. Məhz bu səbəbdən mayın 22-də Serbiyanın paytaxtı Belqrada biz də yollanacağıq. Çox istərdik ki, digər sənətçi dostlarımız da bizə qoşulub, tamaşaçı qismində müsabiqəni canlı izləməyə getsinlər".
Ülvinin sözlərinə əlavə olaraq bildirmək istərdik ki, müğənni Röya Ayxana da Samir-Elnur cütlüyünə dəstək olsun deyə, həmin tarixdə Serbiya paytaxtına yol alacaq.