...

Faiq Ağayev aparıcılıqdan yorulub

Cəmiyyət Materials 15 May 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Günel Əhmədova

Son üç ayı "Lider" tele-kanalında tele-aparıcı qiyafəsində çıxış edən əməkdar artist Faiq Ağayevin bu missiyası yaxın günlərdə sona çatacaq. Müğənninin TrendLife-a bildirdiyinə görə, tele-layihənin ömrü əvvəlcədən bu qədər nəzərdə tutulmuşdu:

"Düşünməyin ki, "Ulduzlu axşamlar"ı yarımçıq dayandırırıq. Verilişin bir fəsli əhatə edəcəyi planlaşdırılmışdı. Hazırda son bir neçə verilişin çəkilişləri aparılır. Amma tele-aparıcılıq fəaliyyətimə son qoymaq niyyətim yoxdur. Bir müddətdən sonra tamaşaçılar "F.A"ı fərqli ampluada görəcəklər".

Cənab şlaygerin məlumatına görə, növbəti tele-layihənin hansı formatda və hansı tele-kanalda yayımı müəyyən edilməyib. Sadəcə, çoxdan nəzərdə tutduğu yaradıcılıq işini gerçəkləşdirmək niyyətində olan sənətçi bir qədər istirahətdən sonra onu reallaşdıracaq. Lakin bu, müğənninin vaxtilə haqqında danışdığı idman layihəsini əhatə etməyəcək:

"Bu, bir təlkif idi və dəyərləndirməyi düşünürdüm. Lakin hadisələr məni "Lider" tele-kanalına daha tez yaxınlaşdırdı. Payız aylarına yayımı nəzərdə tutulan veriliş isə "Ulduzlu axşamlar"dan fərqli yozumda olacaq. Yəni yenidən eyni layihəni təkrarlamaq istəmirəm".

Xəbər lenti

Xəbər lenti