...

Gənc aktrisalar çox iddialıdırlar – Nuriyyə Əhmədova

Cəmiyyət Materials 20 May 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /müx. TrendLife Günel Əhmədova

Azərbaycan kinosuna özünəməxsus obrazlar bəxş edən aktirsa Nuriyyə Əhmədovanın fəaliyyət proqramını son aylar sıxlıq təşkil edir. Günün bir hissəsini peşəsinə, qalan saatını ailəsinə həsr edən Nuriyyə xanımın peşə imkanlarından daha çox Vaqif Mustafayevin filmləri bəhrələnir:

"Ən çox çalışdığım rejissor Vaqif müəllimdir. Rejisorun filmlərini həmişə peşəkar aktyor kollektivi təşkil edir. Eyni zamanda kino və bu istiqamətdə təşkil olunan bir sıra tədbirlərdə iştirak edirəm. Bir sözlə, fəaliyyətimdən şikayətim yoxdur. Lakin məni gənclərin düşüncəsi, iddaları narahat edir".

Nuriyyə Əhmədovanın əlavəsinə görə, gənclərin sənətdəki ilk addımları bir qədər iddalı olur. Yəni, kiçik rolları qəbul etmir, tamaşaçıya baş rolun qəhrəmanı obrazında görünməyə çalışırlar:

"Bizim peşəkar səhnəyə qədər yüksəlməyimizdə kiçik obrazlar böyük rol oynayıb. Əgər vaxtilə milli filmlərdə mənə kiçik obrazlar həvalə olunmasaydı, mən tarixə düşə biləcək rollar oynamazdım. Bu gün belə dəvət aldığım epizodik rollardan imtina etmirəm. Çünki hərdən kiçik obrazla çıxışımız xalq deyiminə çevrilir. Haqqında danışdığım gənc həmkarlarımın iddası isə onların gələcəkdəki perspektivlərini indidən boğur. Konkret kiminsə adını çəkmək istəmirəm. Söhbət həm teatrda, həm də kino sahəsində çalışanlardan gedir. Onlara tövsiyə edirəm ki, kiçik rollardan imtina etməsinlər".

Xəbər lenti

Xəbər lenti