...

Azərbaycan karateçiləri Avropa çempionatında mübarizəyə başlayıblar

Cəmiyyət Materials 21 May 2008 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın kyokuşin karate üzrə idmançıları Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Avropa çempionatı kişilər, qadınlar və gənclər arasında keçiriləcək. Azərbaycanı bu yarışda 16 idmançı təmsil edəcək.

Bolqarıstana yollanan karateçilər arasında Avropa birinciliklərinin mükafatçıları olmuş Vüsal Ələskərov, Elnur Rafailov, Elnur Səlimov və dünya çempionu Oruc Səfərov da var.

Bu gün startı veriləcək Avropa çempionatı mayın 25-dək davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti