...

İndi müğənnilər boğazlarına əziyyət vermirlər - əməkdar artist Cavanşir Məmmədov

Cəmiyyət Materials 21 May 2008 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Günel Əhmədova/

Əməkdar artist Cavanşir Məmmədovun TrendLife-a bildirdiyinə görə, bu gün toy bazarında aşağı qiymətlə, eyni zamanda sanballı toy aparan onun başçılıq etdiyi komandadır. Bütöv bir toydan 3000 manat aldıqlarını etiraf edən C.Məmmədova bu vəsaitdən ona yalnız 200 manat çatır. Onun əlavəsinə görə, toyda onları 16 nəfərdən ibarət musiqiçi qrupu müşayiət edir, eyni zamanda bu kampaniyaya bir şoumen və "M life" qrupunun qızları daxildir. Bundan əlavə həmin məbləğdən əməkdar artist Firuzə İbadovanın da payına düşür:

"3000 manatı bu qədər insana böləndə əsas ifaçılara çox cüzi məbləğ qalır. Amma mən bu qazanca qane oluram. Çünki bizi övladının toyda görmək istəyən valideynlərin hamısı eyni təbəqədən deyil. Bunların arasında kasıbları da olur. Bəzən onların büdcəsini nəzərə alıb, özüm pulsuz oxumuşam. Bu sözləri danışmaqla, şənimə təriflər söylədiyim başa düşülməsin. Sözümün məqsədi toy bazarını həqiqətən də bazara çevirənlər barəsindədir. Bir toyu 5000-6000 manata oxuyurlur. Valideyn övladından keçə bilməyib, həmin pulu birtəhər tapıb muğənniyə verir. Bəzi müğənnilər süni şəkildə qiymətlərini artırırlar. Oxumaqları da bir şey deyil. Ancaq reklamları var. Son illər də fonaqrama dəbə düşüb və boğazlarına bir qədər əziyyət vermirlər".

Sənətdəki strategiyasını dəyişmək fikrində olmayan Cavanşir Məmmədov eyni zamanda özünü ən yüksək vergi ödəyən sənətçilərdən biri adlandırdı. Müğənni əvvəlcə qeyd etdi ki, avqust, yanvar, may aylarında, eyni zamanda müqəddəs günlərdə toy olmur. İlin 6, yaxud 7 ayını toyda, qalan günlərini işçiz keçirdiyini deyən Cavanşir müəllim, buna baxmayaraq dövlətə olan haqqını vaxtlı-vaxtında ödədiyini söylədi.

Xəbər lenti

Xəbər lenti