...

Azərbaycanın qərbində ahıska türkləri üçün yeni evlər tikilir

Cəmiyyət Materials 22 May 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Şəmkir, 22 may / Trend , müxbir G.Rafiqqızı/ Azərbaycanın qərbində yerləşən Şəmkir rayonunun İsgəndərli kəndində ölkədə məskunlaşan ahıska türkləri üçün yeni evlər tikilir. Bu barədə gümə axşamı Trend -a İsgəndərli kənd bələdiyyəsindən məlumat verilib.

Evlərin hər birinin sahəsi 48 kvadratmetr olacaq, 19 ev sentyabra kimi təhvil veriləcək.

Maydan tikintisinə başlanılan evlər ahıska türklərinin həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə inşa edilir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən tikilən evlərdən 11-i 3 otaqdan, 8-i isə 2 otaqdan ibarət olacaq.

İsgəndərli kəndində 91 ahıska ailəsi yaşayır. Onlar 1988-1989-cu illərdə Özbəkistandan Azərbaycana gələnlərdir.

Şəmkir paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti