Azərbaycan, Bakı, 22 may/müx.TrendLife Şahin Cavadsoy/
Dünən müğənni Natəvan Həbibi "Savanna" elit-klubda özünün növbəti doğum gününü təntənəli şəkildə qeyd etdi. Ulduz yağışına tuş gələn tədbirdə bir başqa abu-hava hökm sürürdü. Öncədən deyək ki, müğənni yeni prodüseri Tolikin təkidi ilə şad gününü keçirməyə razlılıq verib. Məkana daxil olmamışdan, rastlaşdığımız ilk qonaq Tolik oldu: "Natanın etirazlarına baxmayaraq, doğum günü təşkil etdik. Bu şənlik digərlərindən çox fərqlənəcək. Karnavala bənzəyən gecədə, əsasən təşrif buyuran sənətçi qonaqlar öz təbrik mahnılarını səsləndirəcəklər".
Beləcə kluba daxil oluduq. Gözəl libası ilə göz oxşayan Natəvan Həbibi olducqa isti münasibətlə qonaqlarını qarşılayırdı. Növbə bizim mikrofona edilən təşəkkürə gəldikdə isə səbəkar bunları söylədi: "İnanın bilməzdim şou-dünyasında bu qədər dostlarım var. Onların hər biri mənim üçün əziz olduğundan, ayrı-ayrılıqda hər birinə öz minnətdarlığımı bildirirəm".
İndi də ad gününə qatılan dostların kimlikləri barəsində: əməkdar artislər - Ədalət Şükürov, Faiq Ağayev; müğənnilər - Xatun, Röya Ayxan, Elnarə, Nura Suri, Kərim, Nadir Qafarzadə, Zamiq, Ruhi, Elnur, Xumar Qədimova; bəstəkarlar - Emil Şahin, İsmayıl, Vaso; prodüserlər - Elnurə-Anar Mədətovlar, Təranə; tele-aparıcı Tural; şairə -Leyli; yumoristlər - Fərda Xudaverdiyev, Ramiz Hüseynzadə, Elməddin Cəfərov; stilistlər - Balaş, Anar və başqa tanınmış simalar Natəvanının o ki var əylənməsinə şərait yaratdılar. Onların dilindən səslənən ümumi təbrikləri bu cür cəmləşdirmək olar: Qoy gələn ilin bu vaxtında Natəvan ağ gəlinlik geyinib, öz ilə səadətinə qovuşsun".
Bu arzuya cavab axtarmaq üçün müğənninin anası Nərgiz xanıma müraciət etdik: "bu yaxınlarda böyük qızıma toy çaldırdıq. Artıq yol açılıb. İnşallah Nata balamı da tezliklə ər evinə yola salarıq".
Əvvəldə vurğuladığımız kimi ad günü məclisi digər şənlikləklərdən fərqliliyi ilə seçilirdi. Belə ki, səhnədə oxuyan ulduzlar mahnı təbriklərini etdikdən sonra, divardan asılımış böyük divar kağızına öz ürək sözlərini yazırdılar. Divar kazığını isə Natəvanın uşaqlıq yaşlarından, bu günə qədər çəkdirmiş olduğu şəkilləri bəzəyirdi.
İstənilən ad gününü tortsuz təsəvür etmək qeyri-mmkündür. Amma bu doğum günündə kəsilən tort şirniyyatı bir başqa tərzdə kəsilib qonaqlara ikram edildi. Faiq Ağayevin oxuduğu mahnının sədaları altında hər kəs səbəbkarın başına yığılaraq, tortdan bir qaşıq dadmaq üçün bir-biriləri ilə sanki yarşıdılar.
27 yaşını qeyd edən Nata nədənsə ad günündə oxumadı. Səbəbini açıqlamasa da belə aydın oldu ki, xanım Həbibi şad günündə yalnız dincəlmək arzusundadır.