...

"Eurovision" müsabiqəsi kimin Azərbaycanın dostu olub-olmadığını sübut etdi

Cəmiyyət Materials 27 May 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /müx. TrendLife Nigar Musayeva/

Müğənni Azərin TrendLife-la "Eurovision" müsabiqəsinin təssüratları ilə bölüşüb. "Elnur və Samir öz çıxışları ilə bizləri sevindirdi. Bir musiqiçi kimi onu deyə bilərəm ki, həm mahnı, həm ifa, həm də göstərdikləri şou yüksək səviyyədə idi. Mənə elə gəlir ki, onlar daha yüksək yerlərə layiq idilər. Onları ilk üçlükdə görürdüm. Amma hamıya yaxşı məlumdur ki, "Eurovision" o qədər incəsənət deyil, nə qədər siyasətdir. Hazırki müsabiqədə bunu sübut etdi. Azərbaycan bir daha əmin oldu ki, kim onun dostu, kim isə düşmənidir. Demək olar ki, bu müsabiqədə Avropa ölkələrin heç biri bizə yüksək bal vermədi. Bir tək qardaş Türkiyədən başqa. Əlbətdəki erməni diasporaları çalışdılar ki, onlar dördüncü yerdə olsunlar. Bunlara baxmayaraq, Azərbaycan xalqı yenə də qalibdir. Çünki bu çıxışı ilk dəfə üçün uğurlu hesab etmək olar".

Xəbər lenti

Xəbər lenti