...

Azərbaycanın futbol klubu UEFA-İntertoto kubokundakı rəqibi ilə bağlı hər şeyi öyrənib

Cəmiyyət Materials 4 İyun 2008 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun baş məşqçisi Anatoli Demyanenko Moldovadan olan legioner futbolçunu komandadan uzaqlaşdırıb. "Moldovalı futbolçu Vadim Boretsin klubumuzla müqaviləsi başa çatmışdı. Onunla yeni müqavilənin bağlanmasını baş məşqçimiz istəmədi. Biz də baş məşqçinin tələbini yerinə yetirib Boretsi "Neftçi"də saxlamadıq", çərşənbə günü Trend -a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev deyib.

Borets "Neftçi" klubunda üç ilə yaxın çıxış edib. "Neftçi"dən ayrılan futbolçu "Bakı" klubu ilə transfer danışıqlarına başlayıb. Moldovalı futbolçu Azərbaycanda olduğu müddətdə heç bir titul qazanmayıb.

Musayev bildirib ki, "Neftçi"nin UEFA-İntertoto kubokunda rəqibi olan Slovakiyanın "Nitra" klubu ilə bağlı bütün məlumatlar əldə edilib. "Slovakiyadan olan rəqibimizi çox yaxşı tanıyırıq. Bu kluba dair çox şey öyrənmişik. Hesab edirəm ki, "Neftçi" UEFA-İntertoto kubokunda "Nitra"nı məğlub edib növbəti mərhələyə adlaya biləcək", - deyə vitse-prezident əlavə edib.

"Neftçi" UEFA-İntertoto kubokunun ilk mərhələsində Slovakiyanın "Nitra" klubu ilə birinci oyununu Bakıda keçirəcək. Oyun iyunun 21-də saat 21.00-da başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti