...

Azərbaycanda yeni futbol klubu yaradılır

Cəmiyyət Materials 12 İyun 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə birinci divizionunda növbəti mövsümdən etibarən "Bakı-Türk futbol klubu" adlı komanda mübarizə aparacaq. "Azərbaycan Gənclər və İdman Nazirliyi müəyyən səbəblərə görə birinci divizionda çıxış etməyimizə icazə vermədi. Buna görə də biz Azərbaycanın şimal bölgəsini - Quba, Qusar və Xaçmazı təmsil edən bir klubla birləşərək məqsədimizə çatmağı planlaşdırmışıq. Belə olarsa, nazirlik birinci divizionda iştirakımıza problem yaratmaz", cümə axşamı Trend -a "Bakı-Türk futbol məktəbi"nin direktoru Yusuf Uncular deyib.

Trend -un arayışı: "Bakı-Türk futbol məktəbi" uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir. Futbol məktəbi Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparmaq istəsə də, Gənclər və İdman Nazirliyi buna icazə vermir. Nazirlik buna səbəb kimi futbol məktəbinin ölkədə keçirilən bir sıra turnirlərdə iştirak etməməsini, futbolun inkişafında mühüm rol oynamamasını göstərir.

Uncular deyib ki, artıq Şimal Regional Futbol Federasiyasının əməkdaşları ilə bu barədə razılıq əldə olunub. "Yeni komanda "Bakı-Türk futbol klubu" adı altında mübarizə aparacaq. Avqust ayının əvvəlində bu məsələ tam həllini tapacaq" - deyə direktor əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti