Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun vitse-prezidenti Ramin Musayev yeni yaradılan Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilib. Bu, cümə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında keçirilən toplantıdan sonra məlum olub.
Musayevin "Neftçi"dəki iş yerini PFL-in prezidenti vəzifəsinə dəyişəcəyi əvvəlcədən gözlənilirdi. Onu "Neftçi"nin vitse-prezidenti vəzifəsində klubun icraçı direktoru İlqar Quluzadə əvəz edəcək.
Bu, Azərbaycanda yaradılmış ikinci PFL-dir. Əvvəlki Peşəkar Futbol Liqası müəyyən səbəblər üzündən fəaliyyətini dayandırmalı olub. Keçmiş SSRİ ölkələri arasında Azərbaycandan başqa, Rusiya və Ukraynada da PFL fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]