...

Azərbaycanın "Olimpik" klubu braziliyalı futbolçunu baxışa dəvət edib

Cəmiyyət Materials 17 İyun 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubu Braziliyadan olan Klaudio Dos Santos - Dianu adlı futbolçunu baxışa dəvət edib. "Olimpik" klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Trend -a Dianunun baxışa çağırılması ilə bağlı məlumatının olmadığını bildirsə də, yaxın günlərdə bir neçə braziliyalı futbolçunun komandanın düşərgəsinə gələcəyini bildirib.

Klaudio Dos Santos dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, sonuncu dəfə Bolqarıstanın "Belasitsa" klubunda çıxış edib. Hazırda bu klubun baş məşqçisi vaxtilə Azərbaycanın "Turan" komandasına rəhbərlik etmiş türkiyəli mütəxəssis Naci Şensoydur.

"Olimpik" klubu Azərbaycan Premyer-Liqasının son mövsümündə ikinci yeri tutaraq, gümüş medalları qazanıb. Komandanın baş məşqçisi Əsgər Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti