Azərbaycan, Bakı, 18 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
Səudiyyə Ərəbistanın Mədəniyyət günlərinin Bakıda Dövlət Fİlarmoniyasında rəsmi açılışı oldu. Burada ərəb çayından tutmuş, ərəb mətbəxinə qədər hər nemətdən dadmaq olardı. Ətrafda hər kəs Ərəbistanın milli geyimlərində əbada, yaylıqda, çadralarda gəzirdi. Filarmoniya sanki kiçik Səudiyyə Ərəbistanı adasına çevrilmişdi.
"Mən ona görə burdayam ki, qədim ərəb geyimlərini təqdim edim. Bu bizim babalarımızdan, nənələrimizdən qalıb. Onların mədəniyyəti ilə sizi tanış etmək istəyirəm. Əvvəllər bütün geyimlər əl işləri idi. Qadınlar çoxlu gümüş və qızıl əşyalar taxırdılar. Hazırda bizim ənənəvi paltarlarımızda ulu sələflərin qoyduqlarından bir az qorunub-saxlanılıb"-bu sözləri Səudiyyə Ərəbistanın mədəniyyət nümayəndəsinin fəal üzvlərindən biri Munira TrendLife-a söyləyib.
"Mən iki il bundan əvvəl Bakıda olmuşam. Bakı müsbət tərəfə doğru çox dəyişilib. Bizim ölkələrin mədəniyyəti bir-birinə çox yaxındır"-bu sözləri Səudiyyə Ərəbistanın Mədəniyyət və informasiya naziri İyad Mədəni söyləyib.
Təbirin bədii hissəsində isə Səudiyyə Ərəbistanın musiqiçiləri çıxış edib. Əvvəl tamaşaçılar önündə ərəb orekstri, ərəb bəstəkarlarının əsərlərini, daha sonra isə tanınmış milli ərəb rəqslərinə yer verilib.
Səudiyyə Ərəbistanın Mədəniyyət günləri teatr tamaşası və sərgilərlə davam edəcək. .