...

Azərbaycanın futbol üzrə yığma komandası növbəti dəfə qələbə qazana bilməyib

Cəmiyyət Materials 19 İyun 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Moldovada təşkil olunan beynəlxalq turnirdə ikinci oyununu keçirib. İlk oyunda olduğu kimi, bu dəfə də azərbaycanlı futbolçular qələbə qazana bilməyiblər.

Moldovanın 17 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşan Azərbaycan yığması oyundan 1:1 hesablı nəticə ilə ayrılıb. İki gün əvvəl Belarus yığması ilə qarşılaşan Azərbaycanın yeniyetmə futbolçuları oyunu 0:0 hesabı ilə başa çatdırmışdılar. Azərbaycan yığma komandası turnir cərçivəsində növbəti oyununu iyunun 20-də Latviya futbolçularına qarşı keçirəcək.

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti