...

Azərbaycanın armrestlinq üzrə yığma komandası Avropa çempionatında iştirak edəcək

Cəmiyyət Materials 23 İyun 2008 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın armrestlinq üzrə yığma komandası Norveçin Sarpborq şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün bu gün səfərə çıxıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

Armrestlinq üzrə Avropa çempionatında Azərbaycanı 2007-ci ildə Bolqarıstanda keçirilmiş dünya çempionatının gümüş mükafatçısı olmuş Minabəddin Qurbanov ( 109 kq), Zurab Bəxtiyarov ( 100 kq), Azər Məhərrəmov ( 95 kq), Vadim Əkbərov ( 85 kq) və Rəşad Hacıyev ( 90 kq) təmsil edəcək.

Yarış iyunun 30-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti