Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" futbol klubunun baş məşqçisi Makedoniyanın "Rabotniçki" klubu ilə keçiriləcək oyunu normal qiymətləndirir.
Premyer-liqanın son qalibi olan Azərbaycanın "İnter" futbol klubu Çempionlar Liqasının birinci mərhələsində Makedoniyanın "Rabotniçki" klubuna qarşı mübarizə aparacaq.
İlk oyun iyulun 15 -də və ya 16 -da Bakıda keçiriləcək. "İnter" Makedoniya klubu üzərində qələbə qazanarsa, Çempionlar Liqasının ikinci mərhələsində Serbiyanın "Partizan" klubu ilə görüşəcək.
"Pis də ola bilərdi, yaxşı da", - deyə çərşənbə axşamı Trend a "İnter" klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Onun sözlərinə görə, hazırda qarşıdakı oyuna hazırlaşırlar, oyunçuların komplektləşdirilməsi prosesi gedir.
Xodukin qeyd edib ki, oyunqabağı "Bakı" futbol klubunun baş məşqçisi Qyoko Hacıyevski ilə məsləhətləşmək niyyətindədir. Hacıyevski "Bakı" klubuna dəvət olunanadək Makedoniya yığma komandasının baş məşqçisi idi.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend