...

Xalq artisti Cahangir Novruzov İstanbulda "Meşşan" tamaşasını səhnələşdirib

Cəmiyyət Materials 4 İyul 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüsenzadə/

Xalq artisti Cahangir Novruzovun səhnələşdirdiyi "Meşşan" tamaşası tələbələrin teatr festivalı çərçivəsində İstanbulda təqdim olunub. Bu haqda TrendLife-a məlumat verən Azərbaycanın İstanbuldakı konsulu Günay Əfəndiyevanın sözlərinə görə, C. Novruzov 1997-ci ildən Türkiyənin Adana şəhərində Çuxur Dövlət universitetində dərs deyir. Həmin universitetdə aktyorun öz teatrı da fəaliyyət göstərir. Gənc akytorlarla hazırladığı "Meşşan" tamaşası iki gün ərzində İstanbulda təqdim olunub. "Tamaşa tamaşaçılar tərəfindən böyük marağa səbəb olub. Təqdimatda bir çox xarici diplomatik korpusların nümayəndələri iştirak edib. Onlar Cahangir Novruzov və onun akytorlarının işilərini yüksək qiymətləndiriblər",-deyən G. Əfəndiyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti