...

Azərbaycanın "Bakı" futbol klubu makedoniyalı oyunçu ilə iki illik müqavilə bağlayacaq

Cəmiyyət Materials 4 İyul 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Makedoniya yığma komandasının keçmiş oyunçusu olan Georgi Xristovla iki illik müqavilə bağlayacaq. Bu barədə cümə günü Trend -a "Bakı" klubunun icraçı direktoru Yaşar Seydiov məlumat verib.

Makedoniyalı futbolçu İngiltərə Premyer-Liqasında "Barnsli" klubunun heyətində çıxış edib. O, bu komandanın heyətində keçirdiyi oyunlarda bir neçə qol vurmağa nail olub. Xristov hazırda "Bakı"nın baş məşqçisi olan Qyoko Hacievskinin rəhbərliyi altında uzun müddət Makedoniya yığma komandasında forma geyib.

Seyidov bildirib ki, makedoniyalı futbolçu klubun düşərgəsinə iyulun 5-də gələcək. "Xristov tanınmış futbolçu olduğu üçün onunla birbaşa müqavilə bağlayacağıq. Makedoniyalı futbolçu ilə iki illik müqavilə bağlamağı nəzərdə tutmuşuq", - deyə icraçı direktor əlavə edib.

"Bakı" klubu hazırda Qubada təlim-məşq toplanışındadır. Komanda hazırlığın ilk mərhələsini başa çatdırandan sonra təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti