...

Azərbaycanın "Kəpəz" futbol klubu fəaliyyətini bərpa edib

Cəmiyyət Materials 5 İyul 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Kəpəz" futbol klubu 2008/09-cu mövsüm ilində ölkənin birinci dəstəsində oynayacaq. Bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib.

Gəncə şəhərini (Bakıdan 365 km qərbdə yerləşir) təmsil edən "Kəpəz" klubu maliyyə problemləri səbəbindən 2006/07-ci mövsüm ilində Azərbaycan Premyer-Liqasında təmsil olunmayıb. "Kəpəz" üç dəfə Azərbaycan çempionu olub və dörd dəfə ölkə kubokunu qazanıb.

Abdullayev bildirib ki, klubun sponsoru Gəncədə yerləşən "Azəralüminium" zavodudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti