...

Azərbaycanlı avarçəkənlər Rusiyada keçirilən turnirdə iki qızıl medal qazanıblar

Cəmiyyət Materials 8 İyul 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik avarçəkmə üzrə iki idmançısı Rusiyanın Lipetsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb. Bu barədə Trend -a çərşənbə axşamı Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

Keçmiş SSRİ-nin idman ustası Vladimir Strelyayevin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycanı Timur Kutseba və Aleksandr Qlotov dueti təmsil edib. Azərbaycanlı avarçəkənlər əvvəlcə iki nəfərlik sükansız qayıqda 1000 metr məsafəyə yürüşdə birinci yeri tutublar. Növbəti qızıl medal isə, 500 metrlik yürüşdə əldə olunub.

Turnirdə uğur qazanan Azərbaycanın akademik avarçəkənlərdən ibarət duetinin məşqçisi Aleksandr Barabanov olub.

Azərbaycanlı avarçəkənlər iyulun 22-dən 27-dək Avstriyanın Lints şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti