...

Azərbaycanın basketbol üzrə yığma komandası Avropa çempionatında qələbə qazanıb

Cəmiyyət Materials 9 İyul 2008 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət basketbol üzrə yığma komandası Lüksemburqda keçirilən Avropa çempionatında qələbə qazanıb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı basketbolçular Cəbəllütariq yığması ilə görüşdə 71:42 hesabı ilə qələbə qazanıblar. Bu, E qrupunda mübarizə aparan Azərbaycan yığmasının çempionatda ikinci oyunu olub. Avropa çempionatının ilk turunda azərbaycanlı qadın basketbolçular Andorra millisi ilə görüşdən 36:67 hesablı məğlubiyyətlə ayrılmışdılar.

Bu gün Azərbaycanın basketbol yığması meydan sahibi olan Lüksemburqla qarşılaşacaq. Lüksemburq yığma komandası hazırda E qrupunda 4 xalla liderdir. Azərbaycan və Andorra komandaları isə 3 xalla 2-ci və 3-cü pillələri bölüşürlər.

Yarışın reqlamentinə görə, qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələdə mübarizə aparmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti