Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət basketbol üzrə yığma komandası Lüksemburqda keçirilən Avropa çempionatında məğlub olub. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidməti məlumat verib.
Azərbaycanlı basketbolçular Lüksemburq yığması ilə görüşdə 24:101 hesabı ilə məğlub olublar. Bu, Azərbaycan millisinin Avropa çempionatında keçirdiyi üçüncü oyun olub. E qrupunda mübarizə aparan azərbaycanlı qadın basketbolçular çempionatın ilk turunda Andorraya uduzaraq (36:67), Cəbəllütariq yığmasını məğlub etmişdilər (71:42).
Lüksemburqa məğlubiyyətdən sonra Azərbaycan yığma komandasının növbəti mərhələyə çıxmaq şansı qalmayıb. Hazırda E qrupunda Lüksemburq liderlik edir. Azərbaycanlı basketbolçular isə iyulun 11-də 5-ci yer uğrunda oyunda Uels komandası ilə görüşəcəklər.
Qadın basketbolçular arasında keçirilən Avropa çempionatı iyulun 12-də başa çatacaq.