Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Konstitusiya Məhkəməsinin 10 il ərzində qəbul etdiyi qərarlarının əksəriyyəti fərdi şikayətlərlə bağlı olub.
"Azərbaycan Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi 10 il ərzində 150 qərar qəbul edib. Trend-News-un məlumatına görə, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, qərarların 58-i Konstitusiya şikayətləri əsasında, məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına aid olub.
Ötən dövr ərzində məhkəmə Konstitusiya və qanunların şərhinə dair 47 qərar qəbul edib. Qəbul edilmiş qərarlardan 24 -ü normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair sorğularla bağlı olub. Məhkəmə seçkilərin nəticələrinin elan və təsdiq edilməsi ilə bağlı 17 qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin Plenumu 2004 - cü ildən ötən dövr ərzində məhkəmələrin müraciətləri əsasında 7, Ombudsmanın sorğuları əsasında isə, 4 qərar qəbul edib.
Konstitusiya Məhkəməsi 14 iyul 1998 - ci ildə yaradılıb.
Məhkəmə 9 hakimdən ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]