...

Azərbaycanın "Gənclərbirliyi" futbol klubuna sponsor tapılmasa, komanda dağılacaq – vitse-prezident

Cəmiyyət Materials 15 İyul 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclərbirliyi" futbol klubunun taleyi Sumqayıt şəhərinin icra başçısından asılıdır. "Qarşıdakı 3-4 gün ərzində Sumqayıt şəhərinin icra başçısı klubumuza sponsor tapsa, fəaliyyətimizi davam etdirəcəyik. O kömək etməsə, "Gənclərbirliyi" dağılacaq", çərşənbə axşamı Trend -a "Gənclərbirliyi" klubunun vitse-prezidenti Vaqif Sadıqov deyib.

Trend -un arayışı: Sumqayıt şəhərini təmsil edən "Gənclərbirliyi" klubu futbol üzrə sonuncu mövsümdə 13-cü yeri tutaraq Premyer-Liqanı tərk etmək məcburiyyətində qalıb. Maliyyə problemlərini həll edə bilməyən klubun rəhbərliyi kömək üçün Sumqayıt şəhərinin icra hakimiyyətinə müraciət edib.

Sadıqov bildirib ki, klubda vəziyyət çox pisdir və maliyyə problemi həll olunsa belə, komandaya yeni futbolçuları cəlb etmək çətin olacaq. "Artıq hər şeydən əlimizi üzmüşük. Bu həftənin sonuna kimi sponsor tapılmasa, daha "Gənclərbirliyi" adlı klub olmayacaq", - deyə vitse-prezident əlavə edib.

Sadıqov əvvəllər fasilələrlə üç dəfə Azərbaycanın yığma komandasının baş məşqçisi vəzifəsində fəalliyət göstərib. O, Azərbaycnanın aşağı yaş qrupları üzrə yığma komandalarına da rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti