...

Azərbaycandakı olimpiya komplekslərindən başqa məqsədlər üçün istifadə olunur - nazir

Cəmiyyət Materials 18 İyul 2008 13:58 (UTC +04:00)
Azərbaycandakı olimpiya komplekslərindən başqa məqsədlər üçün istifadə olunur - nazir

Azərbaycan, Bakı, 18iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanda olan olimpiya komplekslərinin çoxundan başqa məqsədlər üçün istifadə olunur. "Lənkəranda, Şəkidə və Bərdədəki olimpiya kompleksləri çox pis fəaiyyət göstərir. Çox təəssüf ki, bir çox olimpiya komplekslərindən başqa məqsədlər üçün istifadə olunur", cümə günü keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Azərbaycanda hazırda fəaliyyətdə olan 13 olimpiya kompleksi var.

Nazir bildirib ki, Gəncədəki olimpiya kompleksinin fəaliyyəti daha çox qənaətbəxşdir. "Bu kompleks demək olar ki, heç vaxt boş olmur. Gəncədəki olimpiya kompleksində müxtəlif yarışlar keçirilir", - deyə Rəhimov əlavə edib.

Olimpiya idman növlərini inkişaf etdirmək məqsədi ilə Azərbaycanda daha bir neçə yeni olimpiya kompleksinin tikilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti