...

Xalq artisti Telman Adıgözəlovu "küçə" televerlişlərinin səviyyəsi narahat edir

Cəmiyyət Materials 21 İyul 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /TrendLife Z. Rüstəmova/

"Televiziyalarda "küçə" sözlərini xatırladan monoloqlor səsləndirilir. Bu məni çox narahat edir. Bu, gənclərin mütaliə ilə az məşğul olmasından irəli gəlir. Onlar ibtidai ağılla düşünürlər, amma avropa, şərq ədəbiyyatını süzgəcdən keçirmək, onları təhlil etmək istəmirlər. Küçədə, evdə eşitdiklərini efirə gətirirlər. Bu, sənət deyil. Atalar deyib, "Yolnan gedən yorlumaz". Mütləq deyil bu yol asfalt olsun. Əsas odur ki, sənətin mexanikasını öyrənə biləsən.

Azərbaycanın Siyavuş Aslan, Yaşar Nuri, Arif Quliyev, İlham Namiq Kamal kimi canlı korifeyləri var. Amma bunlar öz dövrlərinin yetişdirmələridir, çünki o dövrün aktyorları klassik əsərlərlə böyüyürdülər. Klassik əsər aktyor üçün müəyyən müddət üçün sınaqdır. Lakin sənətə yeni gələnlər özləri, heç bir müəllif olmadan monoloqlar quraşdırırlar, həmin mətni də təmizləməmiş, sintez etməmiş tamaşaçılara çatdırırlar. Ona görə də xoşagəlməyən mənzərə meydana çıxır",-deyən akytor TrendLife-dan qəzəbəni gizlədə bilməyib.

Xəbər lenti

Xəbər lenti